Fahrettin Altun: "Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"İkinci Qarabağ müharibəsi dövründə informasiya savaşında azərbaycanlı qardaşlarımızla birgə hərəkət etdik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə daim əlaqədə idik".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb:
"Azərbaycanın haqlı mübarizəsindəki tezislərinin beynəlxalq ictimaiyyətə çatmasını təmin etdik. Türkiyə-Azərbaycan ortaq media platforması bu müddət ərzində daha çox gündəmə gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev bu müddətdə bizə liderlik etdilər".
Oxşar xəbərlər
Türkiyə PA-nın idarə rəisi: "Qarabağ bir daha əsarət altına düşməyəcək"
"Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər - red) kölgə salmağa çalışırlar". BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri...