Əziz qardaşım ilk saatlardan Azərbaycana dəstək göstərdi, bəyan etdi ki, Azərbaycan tək deyil - Prezident

Əziz qardaşım ilk saatlardan Azərbaycana dəstək göstərdi, bəyan etdi ki, Azərbaycan tək deyil - Prezident
Siyasət 56

"İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub".

BAKU.WS xəbər verir ki, bunun Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransında çıxışı zamanı dövlət başçısı İlham Əliyev bildirib.

"İkinci Qarabağ müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub. Əziz qardaşım, cənab Ərdoğan ilk saatlardan Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizə əlavə güc, siyasi və mənəvi dəstək verdi", - deyə ölkə başçısı əlavə edib.

Son xəbərlər