"Euronews": "Azərbaycan və Ermənistan sülh müqaviləsini Rusiyasız bağlaya bilər"

Euronews: Azərbaycan və Ermənistan sülh müqaviləsini Rusiyasız bağlaya bilər
Siyasət 314

Cümə günü Ağ Evdə Donald Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edir. ABŞ prezidenti bu görüşü "tarixi sülh sammiti" adlandırıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Euronews"da məqalə dərc edilib.

"Trampın sözlərinə görə, bu iki ölkə uzun illərdir müharibə vəziyyətindədir və bu münaqişə minlərlə insanın həyatına son qoyub. Bir çox lider müharibəni dayandırmağa cəhd etsə də, indiyədək heç bir uğur əldə edilməyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan artıq cümə axşamı Vaşinqtona gediblər.

Demək olar ki, 40 illik münaqişədən sonra Bakı və İrəvan, nəhayət, sülhə nail ola bilərlər. Bu, Trampın ABŞ-ni (və özünü) "qlobal sülhməramlı" kimi təsdiqləmək səylərinə əlavə güc verir.

Lakin diqqətəlayiq məqam odur ki, razılaşmalar Rusiyanın iştirakı olmadan imzalana bilər: Moskvanın iki keçmiş müttəfiqi, münaqişələrində Kremlin dəfələrlə vasitəçi rolunu oynadığı ölkələr indi ondan uzaqlaşırlar.

ABŞ prezidenti ilə Ağ Evdə görüşün keçirilməsi həm Bakı, həm də İrəvanın xarici siyasət fokusunun artıq Qərbə yönəldiyini göstərən güclü siqnal olacaq.

Hətta Vaşinqtonda danışıqların keçirilmə vaxtı Trampın Kremlə Ukraynada atəşkəs imkanlarını tapmaq üçün verdiyi "ultimatumun" başa çatması ilə üst-üstə düşür", - deyə məqalədə qeyd olunur.

Son xəbərlər