Ətrafındakı bütün tikililər dağılsa da, bu mağazada bir boşqab belə sınmadı - Uğurun sirri - FOTO

Ətrafındakı bütün tikililər dağılsa da, bu mağazada bir boşqab belə sınmadı - Uğurun sirri - FOTO
Foto
Siyasət 312

Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli zəlzələ nəticəsində əksər binalar dağılsa da, birinci mərtəbəsi qab-qacaq mağazası olan bina heç bir ziyan görməyib. Hətta, vitrindəki qabların bir dənəsi belə sınmayıb.

BAKU.WS Star-a istinadən xəbər verir ki, hadisə vilayətin Tekerek yolu adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, mağazanın olduğu binanın ətrafındakı tikililər dağılıb.

Binanı inşa edən Mehmet Akın Öncül açıqlamasında deyib ki, 2005-ci ildən tikinti sektorunda çalışır, zəlzələ zamanı tikdiyi binalara ciddi ziyan dəyməyib, can itkisi də qeydə alınmayıb:

“Texniki heyətimizin və ustalarımızın koordinasiyası, ahəngdarlığı və iş başında olması bu nəticəni əldə etməkdə çox böyük rol oynayıb. Tikintiyə nəzarət edən texniki heyətimiz var. Onlar layihənin tikintisinin bütün mərhələlərində iştirak edirlər. Deyə bilərəm ki, bu, bütün komandalarımızın uğurudur”.

Onun sözlərinə görə, tikinti, təməl izolyasiyasından tutmuş betonun tökülməsinə, beton və yerin keyfiyyətinə qədər hər detalı ilə ayrıca məşğul olmağı tələb edən vasvası və həssas işdir.

“İcarəyə verdiyimiz mağazalardan biri şüşə qab-qacaq mağazası kimi fəaliyyət göstərirdi. Şəkillərini mən də görmüşəm. Bir boşqab belə qırılmayıb”, - deyə Öncül bildirib.

Son xəbərlər