Esra Erol və Müge Anlıya XƏBƏRDARLIQ EDİLDİ - SƏBƏB... - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə televiziya və radio şurası (RTÜK) Esra Erol və Müge Anlı kimi aparıcıların sosial verilişlərinə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, RTÜK rəhbəri Ebubekir Şahin belə proqramların cəmiyyətə mənfi təsir etdiyini və orada əxlaqsızlığın təbliğ edildiyini deyib:
"Sözügedən verilişlər bizim ən çox məşğul olduğumuz sahələrdir. Evlilik proqramlarını ləğv etdik, əvəzinə başqa bir şey gəldi. Biz gündüz yayımlanan bu verilişlərin daha faydalı olması üçün cəhd edirik. Bunu davam etdirəcəyik... Niyə daha gözəl şeylər etməyək, məsələn: qadınların ev təmizlik işləri, qadınların təhsili, uşaqlara qulluq və ya əl işləri...
Bu verilşləri çox cəzalandırdıq. Vacib olan odur ki, biz öz işimizi görək, prodüser öz işini görsün, amma ictimaiyyət də öz işini görsün, izləməsin. Biz Bu proqramlarla bağlı son qərarlardır. Ya onlar özlərinə gələcəklər, ya da biz lazım olanı edəcəyik. Çünki artıq buna dözə bilmərik. Seriallar ilə bağlı biz lazımi işlər görürük".
Oxşar xəbərlər
Müge Anlının proqramında ŞOK: 29 yaşlı qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
Müge Anlının "Tatlı Sert" verilişində baş verənlər bütün Türkiyəni bir daha heyrətə gətirib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 29 yaşlı qadın...