Əsirlikdən xilas olanda hədiyyə etdiyi saatı 6 milyona satıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Çin ipmeratoru Aisin-Gioro Puyiyə (hakimiyyət illəri 1908-1912 ) aid qol saatı hərracda rekord qiymətə satılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Patek Phillip" brendinə aid aksessuar Hong Kong-da alıcılara təqdim edilib.
Asiyalı kolleksiyaçı bahalı saatı 6.2 milyon dollara (10 milyon 500 min AZN) əldə edib. Mütəxəssislərin sözlərinə görə, bu, rekord qiymət hesab edilir.
İkinci Dünya Müharibəsində Puyi əsir düşür və saatı rusiyalı tərcüməçi Georgy Permyakova hədiyyə edir. 3 illik araşdırmadan sonra saatın Çin imperatoruna aid olduğu təsdiqlənir.
Permyakov 2001-ci ildə verdiyi müsahibəsində Puyinin əsirlikdən xilas olub öz ölkəsinə göndərilən zaman bu saatı ona hədiyyə etdiyini bildirib.
Oxşar xəbərlər
Elvis Preslinin köhnə təyyarəsi satıldı - FOTO
Əfsanəvi musiqiçi Elvis Preslinin şəxsi təyyarəsi hərracda 260 min dollara satılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki,...