Əsəbiləşən türkiyəli aparıcı içində su olan stəkanı kameraya atdı - VİDEO

Əsəbiləşən türkiyəli aparıcı içində su olan stəkanı kameraya atdı - VİDEO
Video
Siyasət 471

Türkiyənin "FOX" kanalında yayımlanan "Xəbərlər" informasiya proqramında gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, proqramda kəndlilərdən əkib-becərdiyi torpaqlarının əlindən alınması ilə bağlı material nümayiş olunub. Süjet efirə getdikdən sonra aparıcı Selçuk Tepeli əsəbiləşib.

Gözləri dolan aparıcı "Bu ölkədə tarlada işləyənlərin yarısı artıq bu işdə çalışamayacaq" sözlərini söyləyib. Daha sonra "Növbəti materiala keç" deyən Selçuk əlindəki qələmi masaya ataraq kağızları dağıdıb. O, daha sonra içində su olan stəkanı da kameraya atıb.

Son xəbərlər