"Eros" adlı pişiyi vəhşicəsinə öldürən şəxs: "Cinayətkar deyiləm" - VİDEO
İstanbul şəhərinin Başakşehir rayonunda İbrahim Keloğlan tərəfindən təpiklə öldürülən "Eros" adlı pişiyin işinə bu gün Küçükçekmece Ədliyyə Sarayında baxılır.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, çox sayda heyvansevər məhkəmənin keçiriləcəyi ədliyyə binasına axın edib.
Məlumata görə, dəhlizlərdə "Qatil İbrahim" şüarları səsləndirilib. Mətbuat nümayəndələri bir müddət içəri buraxılmayıb.
Polisin və özəl mühafizənin maneələrinə baxmayaraq, tamaşaçılar baryerləri keçərək iclasın keçiriləcəyi zalın qapısına gəliblər. Tamaşaçıların buraxılmadığı iclasa mətbuat işçiləri daxil olmaqda çətinlik çəkib. Məhkəmə təxminən 2 saat gec başlayıb.
Təqsirləndirilən şəxs müdafiə çıxışında bunları qeyd edib:
"Fevralın 8-də etdiyim xahişi bir daha təkrar edirəm və əlavə etmək istəyirəm. Haqqımda dedikləri kimi cinayətkar deyiləm. Yaşadığım bir anlıq psixoloji prosesə görə özümü tamamilə qəzəb və çılğınlıq içində itirdim və həyatımda heç vaxt unuda bilməyəcəyim bir səhvə yol verdim. Ancaq hər fürsətdə yemək alıb dağlıq və kənd yerlərində it-pişiklərə vermək və onlarla vaxt mənə müalicə kimi gəlirdi. Bunlarla kifayətlənməyərək sığınacaqlara da ianələr etdim. Söz verdim ki, bacardığım qədər bunları edəcəm və psixoloji dəstək alacağam. Bu hadisə bəzi insanlar tərəfindən fərqli təqdim olundu və mənim bütün məlumatlarım hamının əlinə keçdi. Mən və həyat yoldaşımın ailəsi böyük xaosa atıldı və biz özümüzü xoşagəlməz bir vəziyyətdə gördük. İndi aldığım hər hansı cəza indiyə qədər çəkdiklərimlə müqayisədə heç bir şey deyil".
Xatırladaq ki, İstanbul Başakşehirdə yeni il gecəsi "Eros" adlı pişiyi liftdə ayağı ilə vuraraq öldürən Keloğlana 1 il 3 ay həbs verilməsi istənilsə də, bu cəza ali məhkəmə tərəfindən ləğv olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...