Ermənilər təşvişə düşüb öz pilotsuz uçan aparatlarını vurdular
Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını (PUA) vurublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.
PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.
Qeyd edək ki, bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədə erməni PUA-ları məhv edildi
Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinə məxsus 2 pilotsuz uçuş aparatını məhv edib. Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verili...