Ermənilər sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub

Ermənilər sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub
Siyasət 653

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdənQazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə son vəziyyət

Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə...

1192 Siyasət 10:05 16 sentyabr 2018

Son xəbərlər