Ermənilər Azərbaycan şəhərində atəşfəşanlıq etdi – FOTO
10
may
2018
22:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
27-ci ildir ki, işğal altında olan Xankəndində mayın 9-da işğalçı və terrorçu ermənilər 3 qat bayram(Şuşanın işğalı, faşizm üzərində qələbə və Qarabağ “özünümüdafiə ordusu”nun yaradılması) keçiriblər.BAKU.WS Moderator.az-a istinadən xəbər verir ki, separatçı rejimin media vasitələri gecə saatlarında şəhərdə keçirilmiş böyük konsert və atəşfəşanlıqdan foto-görüntülər yayıblar. Məlumata görə, konsertdə 22 ölkədən musiqiçilərin qatıldığı ümumerməni orkestri, Ermənistan və Dağlıq Qarabağdan musiqi kollektivləri iştirak ediblər.Xatırladaq ki, dünən gündüz saatlarında Xankəndində keçirilmiş hərbi parada və Şuşadakı digər tədbirlərə işğalçı Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan da qatılıb.BAKU.WS



Oxşar xəbərlər
Azərbaycan Paşinyanın Qarabağ bəyanatına münasibət bildirib
"Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir davam edir. Bunun davam etməsinin əsas səbəbi ərazilərimizin işğal olunma...