Ermənistanla sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan tərəfi Brüssel görüşünün nəticələrinə uyğun olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə aprelin 23-də baş tutan telefon danışığı zamanı bildirib.
Dövlət başçısı qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub
Aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu barədə P...