Ermənistanla Gürcüstan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Gürcüstan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib.
"Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb", - o bildirib.
Nazir müavini ilk görüşün tez bir zamanda olacağına ümid etdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...