Ermənistanın təhvil verdiyi meyit qalıqlarının kimə aid olması müəyyənləşdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılıb, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd edib ki, meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat bilinəcək.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...