Ermənistanın Qarabağa yerləşdirdiyi orduda çaxnaşma - Əsgər baş giziri güllələyib, özünü öldürdü (YENİLƏNİB)

Ermənistanın Qarabağa yerləşdirdiyi orduda çaxnaşma - Əsgər baş giziri güllələyib, özünü öldürdü (YENİLƏNİB)
Siyasət 498
Ermənistan ordusunun əsgərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ölüm səbəbi məlum olub.BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.Məlumatda bildirilir ki, 2019-cu il iyulun 23-də N saylı hərbi hissənin sıravi əsgəri Volodya Qaloyan döyüş postunda xidmət etdiyi hərbi hissənin baş gizirini öldürmək istəyib. V.Qaloyan "AK-74” markalı tabel avtomat silahdan baş gizirə bilərəkdən atəş açıb. Ancaq ondan asılı olmayan səbəbdən cinayətini başa çatdıra bilməyib.V.Qaloyan avtomatını götürərək ərazini tərk edib.İyulun 24-də səhər 04.20-də onun meyiti müşahidə məntəqəsindən 50 metr aralı alt çənə nahiyəsindən yaralanmış halda aşkarlanıb. Avtomatı da meyitin yanında olub.Lakin N.Arutyunyan baş gizirin durumu barədə məlumat verməyib.Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.***11:54Ermənistan ordusunun əsgəri Qarabağda ölüb.BAKU.WS xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.İyulun 23-dən 24-ə keçən gecə saatlarında 2000-ci il təvəllüdlü Volodya Qaloyan naməlum şəraitdə odlu silahdan açılan atəşdən ölümcül yaralanıb.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Dağlıq Qarabağda daha bir erməni hərbçi öldü

Dağlıq Qarabağda daha bir erməni hərbçi öldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi ölüb.BAKU.WS “news.am”a istinadən xəbər verir ki, hadisə bu gün səhər sa...

694 Hadisə 15:44 12 mart 2019

Son xəbərlər