Ermənistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
                            
                                21
                                sen
                            
                                2020
                                15:22
                            
                            Ermənistan səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.
O vurğulayıb ki, müvəqqəti işlər vəkili Ermənistanın İsraildə səfirlik açmasına etiraz olaraq XİN-ə çağırılıb.
S. Xətibzadə qeyd edib ki, Ermənistanın İsraildə səfirlik açması ilə bağlı İran tərəfinin narazılığı müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
İran XİN: Rəsmi Tehran Bakı ilə əlaqələrini inkişaf etdirməkdə qərarlıdır
“Rəsmi Tehran Bakı ilə əlaqələrini inkişaf etdirməkdə qərarlıdır”. BAKU.WS xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə APA-ya a...