Ermənistanın məhv edilən artilleriya batareyalarının QİYMƏTİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Ordumuz Dağlıq Qarabağda işğaldan azadetmə əməliyyatları zamanı düşmənin artilleriya sistemlərini də sıradan çıxarıb.
BAKU.WS xəbər verir ki, bir artilleriya batareyasının "Haubitsa", daşınmasında istifadə olunan texnika, yeriyən komanda məntəqə mərkəzi, güllə daşıyan və təmir-təchizat maşınlarından ibarət olduğunu nəzərə alsaq, bu, düşmənə 35 milyon dollara başa gəlir.
1 ədəd artilleriya stasionar qurğusunun qiyməti təqribən 1-3 milyon dollar dəyərindədir.
Düşmənin eyni zamanda 251 ədəd müxtəlif çaplı topları da məhv edilib. Bu texnikanın dəyərini orta qiymətlə hesablasaq, 753 milyon dollar təşkil edir.
Düşmənin qoyub qaçdığı artilleriya sisteminin sayı 24 ədəddir və qiyməti 72 milyon dollardan çoxdur.
Toplam 275 ədəd artilleriya sistemi Ermənistana 825 milyon dollar ziyan vurub.
Oxşar xəbərlər
Düşmənin 50% hərbi texnika və silahı məhv edilib - 5 milyardlıq zərbə - VİDEO
Hər keçən gün döyüş meydanında aldığı zərbələrdən Ermənistan ordusu artıq tənəzzülə uğrayıb. Ötən gün Prezident İlham Əliyev xalqa müraciəti zamanı düşmənin məh...