Ermənistanın Azərbaycan ekologiyasına vurduğu DƏHŞƏTLİ ZƏRƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Qarabağda basdırdığı minalar nəticəsində regionda ekoloji fəlakət yaranır.
BAKU.WS-in məlumatılna görə, minaların təbiətə təsiri dağıdıcıdır, çünki su mənbələri, torpaq və canlı təbiət birbaşa zərər görür.
Ayrı-ayrı torpaq sahələri illərlə istifadəyə yararsız vəziyyətə düşərək, əkinçilik və digər fəaliyyətlər üçün təhlükəli hala gəlir.
44 günlük müharibədən sonra basdırılan yarım milyon mina Qarabağın ekosisteminə ciddi ziyan vurur. Minalanmış ərazilər, təmiz su və torpaq mənbələrinə təhlükə törədərək, regionun uzun müddətli ekoloji bərpasını çətinləşdirir. Verilməyən mina xəritələri təkcə Qarabağa deyil, həmçinin dünya ekosistemlərinə də böyük təhlükə yaradır, çünki bu vəziyyət beynəlxalq səviyyədə davamlı ətraf mühit problemlərinə səbəb olur.
Minaların çıxarılması prosesinin vaxt və resurs tələb etdiyini nəzərə alsaq, bu məsələ daha çox diqqət tələb edir.
Sürayya Şükür
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...