Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın ölkəmizin dövlət sərhədində hərbi təxribatlar törətməsinə etiraz olaraq bu ölkənin müxtəlif ölkələrdəki səfirliklərinin önündə aksiyalar keçirirlər.
BAKU.WS Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, ABŞ-da yaşayan soydaşlarımız da Vaşinqtonda Ermənistan səfirliyinin qarşısına toplaşaraq baş verənlərə öz hiddət və kəskin etirazlarını bildiriblər. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, erməni təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini, müxtəlif şüarların yazıldığı plakatları tutan soydaşlarımız Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyublar.
Aksiya ərzində tədbir iştirakçıları “Yaşasın Azərbaycan!” “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!”, "Şəhidlər ölməz, vətən bölünməz!" şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...