Ermənistanda yüksək vəzifəli polis əməkdaşları həbs edilib
13
dek
2023
16:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda yüksək vəzifəli polis əməkdaşları həbs edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Shamshyan” onlayn nəşri yazıb.
Nəşrin sözlərinə görə, dünən ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Sünik rayonunda əməliyyat tədbiri keçirib. Tədbir nəticəsində Gorus polis idarəsinin rəisi Muşeq Qevorqyan və Qafan polis idarəsinin rəis müavini Vaqarşak Ginosyan həbs edilərək İrəvana gətirilib.
Onların həbsinin səbəbi ibtidai istintaqın maraqlarına əsasən açıqlanmayıb.
Oxşar xəbərlər
İran Zəngəzurun Qafan şəhərinə baş konsul təyin edib
İran Abedin Vəramini Ermənistanın Qafan şəhərinə baş konsul təyin edib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, İran İslam Respublikasının Ermənistandakı səf...