Ermənistanda Türkiyənin iki vətəndaşı həbs edilib
23
fev
2024
21:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda sərhədi saxta sənədlə keçmək istəyən Türkiyənin iki vətəndaşı həbs edilib.
“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Türkiyə vətəndaşları Gürcüstandan Baqrataşen nəzarət buraxılış məntəqəsi vasitəsilə keçmək istəyiblər. Saxta sənədləri hazırlamaqda onlara Ermənistan vətəndaşı yardım edib.
Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb.
Ermənistan vətəndaşı barəsində polisin nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ermənistanda bank işçisi 1,2 milyon dollara yaxın vəsait oğurlayıb
"Bank of Armenia"nın əməkdaşı təxminən 458 milyon dram (təqribən 1,2 milyon dollar) oğurlamaqda ittiham olunur. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu b...