Ermənistanda parlament binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çərşənbə günü axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında baş verən toqquşmalarda 101 nəfər yaralanıb.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaralılar arasında etirazçılar və polis də var. 85 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalanları xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, çərşənbə günü axşam parlament binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarına qarşı toqquşmadan sonra polis səs qumbaralarından istifadə etməyə başlayıb.
Oxşar xəbərlər
Fransanın daha bir uğursuzluğu: Makron Yeni Kaledoniyadan geri çəkilir - FOTO - ŞƏRH
Fransa hakimiyyəti Yeni kaledoniyalıların etirazları qarşısında geri çəkilməyə məcbur olub. Prezident Emmanuel Makron əyalətdə ciddi etirazlara səbəb olan və hə...