Ermənistanda girovluqda olan iki hərbçimiz azad olunub - FOTO/VİDEO

Ermənistanda girovluqda olan iki hərbçimiz azad olunub - FOTO/VİDEO
Foto Video
Siyasət 678

Azərbaycan-Ermənistan razılaşmasına əsasən əsir mübadiləsi baş tutub. Proses zamanı Ermənistan tərəfindən isə Azərbaycanın 2 hərbi qulluqçusu- Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub.

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

BAKU.WS Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Azərbaycanın Ermənistana qaytardığı şəxslərin siyahısı:

Azərbaycan tərəfi 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxsləri geri qaytarıb. Onların siyahısını təqdim edirik:

1. Avakyan Hraç Arzumanoviç;

2. Serobyan Geqam Samveloviç;

3. Hovanesyan Haykaz Koryunoviç;

4. Tosunyan Levon Aşotoviç;

5. Baqdasaryan Artur Eduardoviç;

6. Stepanyan David Stepanoviç;

7. Herabyan Hrayr Hraçoviç;

8. Mikaelyan Andranik Vazgenoviç;

9. Avakyan Serop Surenoviç;

10. Kostanyan Narek Aqaoviç;

11. Harutyunyan Varazdat Seryojeviç;

12. Martoyan Manuk Hovanesoviç;

13. Vardanyan Arsen Araikoviç;

14. Dilanyan Arman Vazgenoviç;

15. Tadevosyan Hrayr Vardanoviç;

16. Bahrikyan Vahagan Edikoviç;17. Aramyan Karen Armenoviç;

18. Sukiasyan Andranik Srapoviç;

19. Martirosyan Gevorg Samveloviç;

20. Kirakosyan Eduard Armeni;

21. Gevorkyan Robert Hovikoviç;

22. Yegiazaryan Sasun Seyranoviç;

23. Hakopyan Volodya Qaqikoviç;

24. Avakyan Tiqran Manikoviç;

25. Saqatelyan Qriqor Seyranoviç;

26. Avetisyan Vaqarşak Aşotoviç.

Bundan başqa, müxtəlif vaxtlarda Azərbaycan-Ermənistan sərhədi, habelə “Laçın” sərhəd-buraxılış məntəqəsində tutulmuş bəzi şəxslər də Ermənistana veriliblər. Onların adlarını təqdim edirik:

1. Rafaelyan Vladimir Otari;

2. Sarqsyan İşxan Aşoti;

3. Ovagimyan Arutyun Yurikoviç;

4. Kazaryan Karen Aşotoviç;

5. Voskanyan Qagik Aşoti;

6. Eulcekcian Viken Abraham.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı bu ilin dekabrın 7-də birgə məlumat yayıblar.

Bildirilib ki, tərəflər arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib.

Son xəbərlər