Ermənistanda əhalinin azalması prosesi gedir - Sabiq prezident
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.
Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib:
"Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması - red.), qaçmaqdır. Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir".
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...