Ermənistanda dövlət binalarını ələ keçirib partlayış törətmək istəyənlər tutuldular
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Milli Təhlükəsizlik Xidməti partlayış törətməyə və hökumət binalarını ələ keçirməyə hazırlaşan cinayətkar dəstəni zərərsizləşdirib.
İstintaqın məlumatına görə, beş nəfər və hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş daha bir neçə adam dövlət qurumlarının işinə bu yolla müdaxilə etmək istəyib.
“Severnıy Listopad” (“Şimal xəzanı”) adlı qrupun üzvlərində odlu silah, döyüş sursatı, xəbərdaredici raket qurğusu, dron aşkar edilib.Onların terror aktlarının keçirilməsinə adamları cəlb etmək üçün “Telegram” kanalları yaratmağı, öz ailə üzvlərini isə Gürcüstana aparmağı planlaşdırdıqları deyilir.//oxu.az
Oxşar xəbərlər
İran Ermənistana silah və dron ötürür - FOTO
İran Ermənistana silah və dron ötürür və Azərbaycanla qarşıdurmaya hazırlaşdırır. BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb....