Ermənistanda daha bir nazir istefaya gedir

Ermənistan ədliyyə naziri Rüstəm Badasyanın vəzifəsindən azad ediləcəyi xəbəri yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, 2019-cu ildən ədliyyə naziri təyin edilən Rüstəm Badasyanı bu postda iki namizəddən birinin əvəz edəcəyi bildirilir.
Bunlar hazırda baş nazirin müşaviri olan Anna Vardapetyan və nazirin hazırkı müavini Kristina Qriqoryandır.
Qeyd edək ki, bu günə qədər xarici işlər naziri Zöhrab Mnatsakanyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, əmək və sosial işlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan və elm, təhsil və mədəniyyət naziri Araik Arutunyan istefa veriblər.
Oxşar xəbərlər
Ermənistan Müdafiə naziri David Tonoyan istefa verdi
Ermənistan Müdafiə naziri David Tonoyan istefa verib. BAKU.WS xəbər verir ki, bu barədə "Aravot" nəşri məlumat yayıb. Onun əvəzinə Ermənistan Baş naziri Nikol P...
