Ermənistan Müdafiə naziri David Tonoyan istefa verdi

Ermənistan Müdafiə naziri David Tonoyan istefa verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Aravot" nəşri məlumat yayıb.
Onun əvəzinə Ermənistan Baş naziri Nikol Paşinyanın müşaviri vəzifəsini tutan Vaqarşak Arutyunyanın Müdafiə naziri təyin ediləcəyi bildirilir.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi Qarabağdakı acı məğlubiyyətə görə kəskin tənqid olunurdu.
İndiyə qədər Müdafiə Nazirliyindən rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, son bir neçə gündə Ermənistan Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri - Zöhrab Mnatsakanyan və Feliks Tsolakyan istefaya göndərilib.

Oxşar xəbərlər
Ermənistanın FHN rəhbəri də istefa verdi
Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan da istefa verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, məlumatı Ermənistan FHN-in mətbuat katib...