Ermənistanda COVID-19 virusundan ölənlərin sayı artıb
04
may
2020
20:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda COVID-19 virusuna yoluxanların və bu xəstəlikdən ölənlərin sayında artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
Mayın 4–nə olan məlumata görə, Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər bu virusdan ölüb. Ölənlərdən 3-ü kişidir.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 2507 nəfərə çatıb. Bu günədək ölkədə pandemiyadan 39 nəfər ölüb.
Oxşar xəbərlər
Koronavirusun yayıldığı ən təhlükəli ölkələrin SİYAHISI
Mayın 1-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 3 175 207 nəfərə çatıb. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya...