Ermənistanda 2 hərbçi naməlum şəraitdə ölüb - YENİLƏNİB
Ermənistanda N saylı hərbi hissədə 2 hərbçinin ölümünün detalları açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, hadisəyə ilkin səbəb kimi hərbi qulluqçular arasında münaqişə göstərilir, yəni“dedovşina” ilə bağlı olduğu bildirilir.
Hərbçilərin ölümü ilə bağlı cinayət işi başlanılıb, istintaq davam edir.
***12:07
Ermənistanda hərbi hissələrdən birinin 2 hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası nəticəsində ölüblər.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, bu, Ermənistan ordusunda avqust ayında sayca 6-cı hərbçi ölümüdür.
Oxşar xəbərlər
Ermənistanın təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlandı – YENİLƏNİB
Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin sayı artıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təxribat...