Ermənistanda hərbi hissədə 3 hərbçinin meyiti tapılıb

Ermənistanda hərbi hissədə 3 hərbçinin meyiti tapılıb
Siyasət 87

Ermənistanda yerləşən hərbi hissələrdən birində 3 hərbçinin meyiti tapılıb.

BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə gecə saat 02:15-də Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

Araşdırmalar zamanı məlum olub ki, cəsədləri tapılan hərbçilər 2002-ci il təvəllüdlü - Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyandır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər