Ermənistanda 15 hərbçinin öldüyü kazarmadan GÖRÜNTÜLƏR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Basarkeçər rayonunun Azat kəndindəki hərbi hissədə baş verən yanğında 15 hərbçi ölüb, 7-si yaralanıb.
BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır.
Ermənistanın Baş Prokuroluğu ölən 15 çağırışçının adını açıqlayıb. Bunlar Aram Manukyan, Volodya Nersisyan, Qor Martirosyan, Rostom Asryan, Muşeq Ambaryan, Taron Qaribyan, Pavlik Abazyan, David Sarkisyan, Qraçya Qriqoryan, Narek Avakyan, Qaqik Barseqyan, Mişa Dumikyan, Hayk Kirakosyan, Sergey Qevorok və Hamlet Davletyandır.
Hadisə yanvarın 19-na keçən gecə, yerli vaxtla saat 01:30 radələrində rayonun Azat kəndindəki mühəndis-istehkam bölüyünün kazarmasında baş verib.
Qeyd edək ki, fövqəladə vəziyyətə səbəb isinmək üçün benzindən istifadə edilməsi olub. Təhlükəsizlik qaydaları pozulduğundan soba yanıb. Bu zaman zabitlərdən biri beş litrlik benzin qabını refleksli şəkildə kazarma tərəfə atıb. Nəticədə kazarmada şiddətli yanğın qeydə alınıb.
Hadisədən sonra hərbi hissənin 6 yüksək rütbəli zabiti tutduqları vəzifələrdən azad edilib. Belə ki, Ermənistanın 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryan, Baş qərargah rəisi, korpusun maddi-texniki təminat üzrə müavini, döyüş növbətçiliyi üzrə müavini, mühəndis xidmətinin rəisi və mühəndis-istehkamçılar bölüyünün komandiri ordu sıralarından xaric ediliblər.
Yanğın baş verən hərbi hissədən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Ermənistanda hərbi hissədə yanğın zamanı 15 hərbçi ölüb, 7-si yaralanıb - YENİLƏNİB
Ermənistandakə hərbi hissədə baş verən yanğın nəticəsində 15 çağırışçı həlak olub, daha 6 çağırışçı və bir zabit xəsarət alaraq xəstəxanaya yerləşdirilib. BAKU....