Ermənistana qarşı təzminat iddiası nə vaxt qaldırılacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonunun Qaraməmmədli kəndinə mediatur təşkil olunub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, səfər zamanı kənddə bir hektar ərazidə 600-dən çox müxtəlif cinsli ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, işğal dövründə ermənilər tərəfindən ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı dörd istiqamət üzrə monitorinq aparılır:
“Beynəlxalq ekspertlərin də bu işlərə cəlb edilməsinə ehtiyac var. Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticədə Ermənistan qarşısında təzminat iddialarının qaldırılması üçün aiddiyyəti qurumlara təqdim ediləcək”.
“Ərazilər minalardan təmizləndikdən sonra daha geniş miqyaslı meşə bərpa işləri aparılacaq”, -deyə nazir müavini əlavə edib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...