Ermənistan və Estoniya "Tramp marşrutu"nun inkişafını müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığında regional kommunikasiya üçün yeni imkanlar açan "Tramp marşrutu"nun inkişafını müzakirə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Marqus Tsahkna 2026-cı ildə Estoniyanın Ermənistanda səfirlik açmaq qərarı barədə qarşı tərəfə məlumat verib. Mirzoyanın sözlərinə görə, bu qərar ölkələr arasında tərəfdaşlıq münasibətlərinin dinamikasının müsbət göstəricisidir.
"Estoniya Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması prosesini yüksək qiymətləndirir...", – deyə estoniyalı nazir söhbətin yekununda "X"də qeyd edib.
Tərəflər həmçinin ikitərəfli gündəliyin irəlilədilməsi və Ermənistan-Avropa İttifaqı tərəfdaşlığına yönəlmiş konkret proqramların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Bundan başqa, hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlıq məsələləri də gündəmə gətirilib.
Oxşar xəbərlər
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür. BAKU.WS xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıva...