Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi yenidən atəşə tutub - RƏSMİ
19
iyn
2022
13:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub - RƏSMİ
İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşay...