Ermənistan prezidenti II Elizabetin dəfn mərasimində qaydaları pozdu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Prezidenti Britaniya Kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, sözügedən hadisə foto çəkilişinə qoyulan qadağanın pozulması ilə bağlı ilk hadisə olub.
Xəbərdə bildirilib ki, Ermənistan prezidenti hörmətsizlik edərək Kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb.
Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək isə dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır.
Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib:
"Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı".
Oxşar xəbərlər
Kraliça II Elizabetin cənazəsi Edinburqa aparılır - VİDEO
İngiltərədə vəfat edən Kraliça II Elizabetin cənazəsini daşıyan kortej bu gün Şotlandiyanın Balmoral qəsrindən yola düşüb. BAKU.WS "Haber Global"a istinadla xəb...