Ermənistan ordusunun mayoru həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda 44 günlük müharibə zamanı fəaliyyətsizlik nümayiş etdirdiyinə görə artilleriyaçı zabit həbs olunub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, müharibə zamanı artilleriya diviziyasına cavabdeh olan, 27 sentyabr 2020-ci ildə elan edilmiş hərbi vəziyyət zamanı mayor rütbəsi daşıyan zabit həbs edilib.
O, şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib.
“Bunun ağır nəticələri olub. Zabit məhkəmənin qərarı ilə həbs edilib. Hazırda araşdırmalar davam etdirilir”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Paşinyan: “Erməni zabit qızıla görə S-300 sisteminin platasını çıxarıb satır” - VİDEO
"Heç kim sual vermir ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində nə üçün belə bir problem yaşanır ki, hərbi qulluqçu məzuniyyətə gedir, lakin ona 10 min dr...