Ermənistan ordusu təsdiqlədi: 13 hərbçi ölüb

Ermənistan ordusu təsdiqlədi: 13 hərbçi ölüb
Siyasət 722

Cari ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində xidmət aparan 13 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.

BAKU.WS “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bildirib.

Erməni əsgərlərin ölüm səbəbi dəqiq göstərilməsə də, bir neçə əsgərin ölümü ilə əlaqədar intihar maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistan ordusunda hökm sürən xaotik vəziyyətin hökm sürdüyü bir vaxtda Baş Qərargah rəisi Artak Davtyan postundan istefa verməyəcəyini bəyan edib.

Son xəbərlər