Ermənistan növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutub
16
iyl
2021
13:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.
Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub.
Oxşar xəbərlər
Tovuz döyüşlərindən 1 il ötür
Bu gün Tovuz döyüşlərinin ildönümüdür. BAKU.WS xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətind...