Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi öldürülüb - FOTO
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, 38 yaşlı Qeorqiya Kutoyan öldürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
Məlumata görə, Q.Kutoyanın cəsədi bu gün günortadan sonra İrəvanda aşkarlanıb.
"Paruyr Sevak küçəsindəki mənzillərdən birində keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Qeorqiya Kutoyanın cəsədi tapılıb",-deyə Ermənistanın İstintaq Komitəsinin məlumatında qeyd olunur.
Kutoyan 2016-cı ilin fevralında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Buna qədər o, Ermənistan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi olub. 2018-ci ilin mayında prezident Armen Sarkisyan Kutoyanın Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Oxşar xəbərlər
ABŞ Təhlükəsizlik Şurasına getmək istəyən İranın XİN rəhbərinə viza vermədi
BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək istəyən İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifə ABŞ-a daxil olmaq üçün viza verilməyib. BAKU.WS xəbər verir...