Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Siyasət 2

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.

BAKU.WS Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Son xəbərlər