Ermənistan Azərbaycanın sülh sazişi üzrə növbəti təklifinə cavab verdi

Ermənistan Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinə cavab verib.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqlamasından sonra Ermənistan tərəfinin sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycana təqdim etdiyi və bundan əvvəl bəyan olunmuş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiq olduğu deyilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
