"Ermənistan Aralıq dənizi hövzəsindəki vəziyyətdən sui-istifadə etmək istəyir" - Leyla Abdullayeva

"Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir və mövcud gərginliyin tezliklə həllini tapacağına ümidini ifadə edir".
BAKU.WS xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevaya bildirib.
Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyəti və bu xüsusda Ermənistan XİN-in açıqlamasını şərh edən L.Abdullayeva deyib ki, üçüncü tərəflərin vəziyyətdən özlərinin bölgə dövlətlərinə olan ədavət və qərəzli yanaşması üçün fürsət kimi istifadə etməsi cəhdləri qətiyyətlə rədd edilməlidir:
"Ermənistan tərəfinin Türkiyəyə qarşı əsassız ittihamlar ehtiva edən mövqeyi və bəyanatları Aralıq dənizi hövzəsində müşahidə olunan həssas vəziyyətdən özünün dar siyasi maraqları üçün sui-istifadə etmək cəhdi kimi pislənilməli və rədd edilməlidir".
Oxşar xəbərlər
Hikmət Hacıyev: "Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində konkret danışıqların tərəfdarıdır"
Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya çıxan “Kommersant” (“Ъ”) qəzet...
