Ermənistan 10 hərbçisini itirdiyini rəsmən elan etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
BAKU.WS xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab verən Azərbaycan ordusu düşmənin 20-ə yaxın hərbçisini zərərsizləşdirib.
Hələlik erməni tərəfi işğal altındakı Dağlıq Qarabağda ölən hərbçilərin sayının 10 nəfər olmasını təsdiqləyib. Bunu qonarma rejiminin Təhlükəsizlik Şurasının katibi Samvel Babayan jurnalistlərlə görüşündə bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı - VİDEO
"Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərin...