Ermənilərdən qənimət götürülən tank və hərbi maşınlar - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində".
BAKU.WS xəbər verir ki, bu sözləri ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı bildirib.
Ölkə başçısı çıxışında həmçinin deyib ki, işğalçı Ermənistan ordusuna məxsus piyadaların 50 döyüş maşını məhv edilib və 24-ü qənimət kimi götürülüb.
Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin tərkibinə daxil olan və internetdə yayılan tank və hərbi texnikaların növləri bunlardır:
T-90S döyüş tankı
T-72 döyüş tankı
T-55 tankı
T-54 tankı
BMP-1 / BMP-1K Piyada döyüş maşını
BMP-2 Piyada döyüş maşını
Oxşar xəbərlər
İlham Əliyev: "Düşmənin 4 S-300 zenit raket kompleksi məhv edilib" - SİYAHI - FOTO
"Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir".BAKU.WS xəbər verir ki, bu sözləri...