Ermənilər Qarabağı boşaldıb Yerevana qaçırlar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Qarabağdan mərhələli şəkildə çıxmağa başlayıb.
BAKU.WS xəbər verir ki, ordu ilə yanaşı bölgədə yaşayan ermənilər də yaşayış yerlərini tərk edirlər.
“Gettyimages” foto agentliyinin saytına yerləşdirilən fotolardan göründüyü kimi, ermənilər işğal altında olan Azərbaycan torpaqlarını boşaldırlar.
30 ildir Azərbaycanın doğma torpaqlarını zəbt edən ermənilər bu azmış kimi gedəndə də maksimum ziyan vuraraq kəndləri tərk edirlər.
Onlar evləri, meşələri yandırırlar, abidələri dağıdırlar və salamat qalan hər şeyi sıradan çıxarırlar. Bu, ermənilərin necə xəstə təfəkkür sahibi olduqlarından xəbər verir.
Qeyd edək ki, Qarabağdan çıxan ermənilər birbaşa Yerevana üz tuturlar.
Qalereya
Oxşar xəbərlər
Kəlbəcərdən çıxan ermənilər evləri və meşələri yandırırlar - VİDEO
Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın olan Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib. Ə...