Ermənilər Goranboyun kəndlərini atəşə tutublar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər növbəti dəfə cəbhə xətti boyu ağır artilleriya qurğularından bir sıra kəndlərimizi atəşə tutublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, eyni zamanda mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən Goranboy rayonuna müxtəlif istiqamətlərdən mərmilər yağdırıblar.
Nəticədə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə, Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, həmçinin Qaraçinar tam orta kənd məktəbinə, fərdi ev və təsərrüfata külli-miqdarda ziyan dəyib.
Qeyd edək ki, ötən gün Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutulması nəticəsində həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, evə isə maddi ziyan dəyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...