Ermənilər azərbaycanlı hərbçini vəhşicəsinə döydülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə işgəncələr verilir.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Kadrlardan görünür ki, ermənilər azərbaycanlı hərbçinin əlini-qolunu bağlayaraq onu vəhşicəsinə döyürlər.
Bu, birbaşa olaraq beynəlxalq konvensiyalara ziddir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...