Erməni təcavüzünə məruz qalmış daha bir yaşayış evindən VİDEOREPORTAJ

Erməni təcavüzünə məruz qalmış daha bir yaşayış evindən VİDEOREPORTAJ
Foto Video
Siyasət 236

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Düşmən tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbiri Dondar Quşçu kənd sakini Əliyev Namiqə məxsus evdən reportaj hazırlayıb.

Düşmən tərəfinin təxribatı nəticəsində evə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Son xəbərlər