Erməni qubernator Azərbaycanın güclü və diqtə edən tərəf olduğunu açıqladı

Erməni qubernator Azərbaycanın güclü və diqtə edən tərəf olduğunu açıqladı
Siyasət 716

Ermənistanda bir qrup sakin Sünik (Zəngəzur) bölgəsinin sərhədləri ilə əlaqədar məsələnin həllini tələb etmək məqsədilə magistral yolu bağlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armenia" agentliyi yazıb.

Bildirilir ki, şəhər qubernatoru Melikset Poqosyan narazı kütləni sakitləşdirməyə çalışsa da, cəhdləri uğursuz olub.

Qeyd edək ki, narazı ermənilər İrəvan - Qafan - Meğri (İran sərhədi) yolunu bağlayıblar. Onlar Qubadlının Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsindən sonra adı çəkilən magsitral yolun təhlükədə olduğunu düşünür və özlərini təhlükədə hiss edirlər. Bu səbəbdən aksiya keçirən ermənilər rəsmi İrəvanı addımlar atamağa çağırırlar.

Erməni qubernator etirazçılarla görüşdə deyib ki, Azərbaycan güclü və diqtə edən tərəf olduğu üçün onun şərtlərini qəbul etmək məcburiyyətindədirlər.

Son xəbərlər