Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.
Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.
Cinayət işinin ibtidai istintaqı davam edir.
Oxşar xəbərlər
Ermənistanda hərbi hissədə 3 hərbçinin meyiti tapılıb
Ermənistanda yerləşən hərbi hissələrdən birində 3 hərbçinin meyiti tapılıb. BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi...